Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əbülfəs Qarayev AŞ-nın baş katibi Thorbjorn Jagland və Sloveniyanın mədəniyyət naziri Mayda Sirsa ilə ikitərəfli görüş keçirib
11.11.09 21:29

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sloveniyada Avropa Şurasının baş katibi Thorbjorn Jaglandla və Sloveniyanın mədəniyyət naziri Mayda Sirsa ilə ikitərəfli görüş keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Görüşdə Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin Avropa ilə islam dünyası arasında dialoq prosesində fəaliyyəti, 2011-ci ildə Bakıda Azərbaycan prezidentinin himayəsi ilə “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında, eyni zamanda Ermənistan ərazisində olan Azərbaycan mədəni irsinin vəziyyəti və Avropa Şurası ilə bu istiqamətdə əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Ə.Qarayev Azərbaycanın mədəni irsin vəziyyətini öyrənmək məqsədilə Avropa Şurasının fakt-araşdırıcı missiyasının regiona gəlməsində maraqlı olması Baş katibin diqqətinə çatdırılıb. Nazir bildirib ki, Azərbaycan və Ermənistan ərazilərinə gələcək fakt-araşdırıcı missiyanın tərkibi eyni olmalı və onlar işğal edilmiş torpaqlara Azərbaycan ərazisindən getməlidirlər.Ə.Qarayev Sloveniyalı həmkarı Mayda Sirsa ilə keçirdiyi ikitərəfli görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu sahədə hüquqi bazanın olmasının vacibliyi qeyd olunub. Qeyd edək ki, Ə.Qarayev Ukrayna, Serbiya, Xorvatiyanın mədəniyyət nazirləri, Çexiya, Belarus, Bolqarıstan, Moldova, Rumıniyanın mədəniyyət nazirlərinin müavinləri ilə də ikitərəfli görüşlər keçirib.
URL / WWW
http://kelam.az/article/a-256.html