Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-ın elmi işçisi Z.Şiriyev Macarıstanda məruzə ilə çıxış edəcək
17.12.10 02:06

Dekabrın 17-18-i tarixlərində Budapeştdə Macarıstan Elmlər Akademiyasının təşkilati dəstəyi ilə “Avropa İttifaqının Şərq Tərəfdaşlığı: təcrübələr, səylər və gözləntilər” mövzusunda konfrans keçiriləcək. Macarıstanın Avropa İttifaqında sədrliyi məsələsi və Şərq Tərəfdaşlığı proqramının müzakirə olunacağı tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Zaur Şiriyev “Azərbaycanın Şərq Tərəfdaşlığı proqramındakı təcrübələri və Macarıstanın Avropa İttifaqına sədrliyindən gözləntiləri” mövzusunda məruzə ilə çıxış edəcək. Tədbirdə həmçinin “Erməni Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzi”nin direktoru Riçard Giraqosyan, Belarusun “Beynəlxalq Strateji araşdırmalar Mərkəzi”nin direktoru Vladimir Ulaxoviç, Ukraynanın “Avropa və Avroatlantik Mərkəzi”nin direktoru Oleksey Kolemiyets və digər nüfuzlu ekspertlərin çıxışı gözlənilir. Səfər çərçivəsində SAM-ın əməkdaşının Macarıstanın aparıcı “beyin mərkəzləri”ndə də görüşləri nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-2559.html