Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AŞ nümayəndəsi: “Azərbaycandan insan alverində tranzit ölkə kimi istifadə olunur”
15.12.10 19:24

Bu gün Bakıda “İnsan alveri ilə mübarizə və onun qarşısının alınması” adlı təlim seminar öz işinə başlayıb. KƏLAMİNFO xəbər veirir ki, seminarda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxaliyev bildirib ki, Azərbaycanda insan alveri ilə bağlı mübarizə son illər yeni mərhələyə qədəm qoyub. O, qeyd edib ki, ölkəmiz bu sahədə Avropa Şurası ilə sıx əməkdaşlıq edir. “Biz həmçinin onu da unutmuruq ki, bu gün beynəlxalq aləmi narahat edən məsələlərdən biri məcburi əməkdir. Bu Azərbaycan üçün xarakterik olmasa da, ölkəmizdən bu istiqamətdə aparılan qurbanlar var”,-deyə C.Şıxaliyev vurğulayıb.Avropa Şurası (AŞ) baş katibliyinin Polşadan olan nümayəndəsi Danuta Visnievska bu gün dünyada insan alverinə qarşı ciddi mübarizə aparıldığını bildirib. “Otuzdan çox ölkə insan alverinə qarşı mübarizə məqsədilə hazırlanmış beynəlxalq konvensiyaya qoşulub. Azərbaycan da bu ölkələr sırasındadır. Biz bu sahədə sizin ölkə ilə əməkdaşlığa böyük ümidlər bəsləyirik. Çünki, Azərbaycandan insan alverində tranzit ölkə kimi istifadə olunur”,-deyə AŞ nümayəndəsi vurğulayıb. Seminarda Avropa Şurasının nümayəndələri, Azərbaycan Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, Xarici İşlər və Ədliyyə nazirliklərinin əməkdaşları da iştirak edirlər. Seminar sabah da davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-2558.html