Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADA-da “Azərbaycan müstəqillikdən sonra” kitabının təqdimat mərasimi keçirilib
15.12.10 19:24

Azərbaycan Diplomatik Akademiyasında (ADA) ABŞ-ın tanınmış Con Hopkins Universitetinin professoru, Orta Asiya və Qafqaz üzrə ekspert Svante Kornelin “Azərbaycan müstəqillikdən sonra” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADA-dan veriblər. Tədbiri giriş sözü ilə açan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev qeyd edib ki, S.Kornel uzun müddətdir bizim region ilə bağlı araşdırmalar aparır. Onun ilk kitabı bütün Qafqazı əhatə etsə də, son tədqiqat işi sırf Azərbaycana həsr olunub. Rektor H.Paşayev bildirib ki, ölkəmiz haqqında yazılan yeni kitab ABŞ-da Azərbaycanla maraqlanan siyasətçilər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün maraqlı mənbə olacaq. Mərasimdə “Azərbaycan müstəqillikdən sonra” kitabının müəllifi S.Kornel çıxış edərək bildirib ki, ümumiyyətlə, bugünkü tədbir onun kitabının ilk təqdimat mərasimidir. Müəllif tədbirin ADA-da keçirilməsinin onun üçün xüsusi önəm daşıdığını vurğulayıb. O, Azərbaycanın müstəqillik yollarında inamla irəliləməsindən məmnun olduğunu bildirib. “Azərbaycan müstəqillikdən sonra” kitabında Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan cəmiyyəti, ölkəmizin iqtisadiyyatı, daxili siyasi prosesləri, xarici siyasəti barədə məlumatlar yer alıb.
URL / WWW
http://kelam.az/article/a-2556.html