Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan Universiteti ilə Auditorlar Palatası arasında müqavilə imzalanacaq
15.12.10 19:24

Bu həftə Azərbaycan Universiteti ilə Auditorlar Palatası arasında əməkdaşlığa dair müqavilə imzalanacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Universitetinin mətbuat xidmətindən veriblər. Əməkdaşlıq təhsilin inkişafı, Azərbaycanda dövlət təşkilatları, peşəkar qurumlar və biznes strukturları ilə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi üçün yeni tərəfdaşlıq mühitinin formalaşdırılması, dünya elmi nailiyyətlərinin idarəetmənin və sahibkarlığın inkişafına yönəldilməsi və sahibkarlıq subyektlərinin maarifləndirilməsinə kömək göstərilməsi məqsədi daşıyır. Qeyd edək ki, tərəflər həmçinin universitet tələbələrinin Palata və ona üzv təşkilatlarda sahə təcrübələri keçmələri, tələbə və müəllim heyətinin Palata tərəfindən təşkil olunan təlim və seminarlarda iştirakının təmin edilməsi, əməkdaşların təhsil və təlimlə bağlı beynəlxalq layihələrdə birgə iştirak etmələrinin təmin olunması, ikitərəfli və çoxtərəfli əsasda informasiya mübadiləsinin aparılması, məqsədli layihələrin işlənməsi, ölkədə mühasibatlığın və auditin beynəlxalq standartlara cavab verən işgüzar mühitinin formalaşması ilə bağlı birgə çalışacaqları barədə razılığa gəliblər.
URL / WWW
http://kelam.az/article/a-2555.html