Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Cavad Şıxəliyev: “Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb”
15.12.10 19:24

Cari ildə Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev bildirib. İdarə rəisi qeyd edib ki, həmin cinayət faktları üzrə 34 insan alveri qurbanı müəyyən edilib. “Həmin şəxslərin əksəriyyəti cəmiyyətə inteqrasiya olunub. Onların böyük əksəriyyəti işlə və təhsillə təmin olunub, eyni zamanda hər birinə hüquqi, psixoloji və sosial yardım edilir”,-deyən. C.Şıxəliyev qeyd edib ki, insan alveri qurbanlarına edilən yardım əvvəllər 33 manat məbləğində olub. Lakin II Milli Fəaliyyət Planı təsdiq edildikdən sonra ilkin mərhələdə bu rəqəm 200 manata çatdırılıb. C. Şıxəliyev, həmçinin Azərbaycanda insan alveri ilə bağlı qeydə alınan cinayətlərin böyük əksəriyyətinin cinsi istismarla bağlı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda əmək zorakılığı ilə bağlı fakt isə aşkar edilməyib.
URL / WWW
http://kelam.az/article/a-2554.html