Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İmran Nəcəfov: “Azərbaycanda Rusiyaya aparılan insan alveri qurbanları daha çox məcburi əməyin qurbanlarıdır”
15.12.10 19:24

Statistikaya görə Azərbaycanda ötən il insan alverilə bağlı cinayət faktları ən yüksək göstəricidə olub. Belə ki, 2007-ci ildə 74 fakt, 2008-ci ildə 76 fakt və 2009-cu ildə isə 80 fakt qeydə alınıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov bildirib.O, qeyd edib ki, fakt üzrə qurbanların sayı 2007-ci ildə 101 nəfər, 2008-ci ildə 78 nəfər və 2009-cu ildə isə 91 nəfər olub. “Azərbaycan insan alveri ilə bağlı hazırda əsasən mənşə ölkədir. Lakin, hazırda ölkədə gedən iqtisadi inkişaf tempini nəzərə alsaq artıq Azərbaycanın təyinat ölkəsinə keçməsi ehtimalı da gözlənilir”,-deyə rəis müavini vurğulayıb. Onun sözlərinə görə, hazırda mənşə ölkə kimi Azərbaycandan qurbanlar Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyə, İrana, Pakistan və Rusiyaya aparılır. “Burada Rusiya istisna fərq təşkil edir. Çünki, bu ölkəyə aparılanlar əsasən cinsi istismarın yox, məcburi əməyin qurbanlarıdır”,-deyə İ.Nəcəfov bildirib. Qeyd edək ki, İdarə rəisi Cavad Şıxəliyevin sözlərinə görə, bu il Azərbaycandan aparılan qurbanların sayı azalıb. Belə ki, 70 fakt üzrə 34 insan alveri qurbanı olub.
URL / WWW
http://kelam.az/article/a-2553.html