Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyi ali təhsil sistemində illik önədinşəlirin qaldırılması üçün Tarif Şurasına müraciət edəcək
15.12.10 19:24

Təhsil Nazirliyi ali təhsil sistemində illik önədinşəlirin qaldırılması üçün Tarif Şurasına müraciət edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib. M.Mərdanov bildirib ki, qiymətlərin qaldırılması həm dövlət sifarişli əsaslarla təhsil alan tələbələrə, həm də ödənişli əsaslarla təhsil alanlara şamil olunacaq.“Düşünürəm ki, dövlət sifarişi ilə təhsil alanların illik ödənişi yüksək olmalıdır. Çünki dövlət sifarişi ilə daxil olan tələbə eyni zamanda təqaüd alacaq. Ona görə də illik ödəniş yüksək olmaldır. Həm də ali məktəbdə maraq olmalıdır ki, ona dövlət sifarişi ilə gələnlərin sayı və onun əldə etdiyi gəlir çox olsun”,-deyən M.Mərdanov 2010-2011-ci tədris ilində tələbə hazırlığında bir sıra universitetlərin dövlət sifarişinə qoşulmaması məsələsinə də münasibət bildirib. “Ümumiyyətlə hökumətin qərarında bu məsələdə könüllülük prinsipinə üstünlük verilir. Ola bilər elə ali məktəb olsun ki, bu prosesdə iştirak etməsin, yaxud əksinə. Bu, ondan asılıdır ki, biz, bu işi Azərbaycan hökuməti olaraq necə aparacağıq. Yəni universitetlərin özlərinin bu işə marağı olmalıdır. Digərləri görəcək ki, bu yarışda iştirak edən universitetlər udur, onda hamı bu prosesə qoşulacaq”,-deyə M.Mərdanov məsələyə münasibət bildirib.
URL / WWW
http://kelam.az/article/a-2552.html