Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » M.Mərdanov: “Məktəbə hicabla gəlməmək müəlllim və tələbəyə aid deyil”
16.12.10 02:22

Məktəblərə hicabla gəlməmək məsələsi müəllimələrə şamil olunmur. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov müəllimələrin orta məktəblərə buraxılmaması ilə bağlı məsələyə münasibət bildirəkən söyləyib. Onun sözlərinə görə, hicabla gəlməmək yalnız orta məktəb şagirdlərinə aiddir. M.Mərdanov onu da əlavə edib ki, bu prinsip universitet tələblərinə də şamil olunmur. “Məqsədimiz odur ki, Azərbaycanı irəliyə aparaq. Öz mili-mənəvi dəyərlərimizi qorumalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, biz, dövlətin qaydalarına və qanunlarına riayət etməyə üstünlük veririk və verəcəyik. Azərbaycanı geriyə çəkən heç bir addıma yol vermək olmaz”,-deyə M.Mərdanov məsələyə münasibət bildirib.
URL / WWW
http://kelam.az/article/a-2548.html