Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fazil Mustafa: “Azərbaycanda bütün müxalifət partiyaları əksər vaxt qanundan kənar faəliyyət göstərir”
15.12.10 02:27

“Gürcüstanla, hətta qardaş Türkiyə ilə müqayisədə Azərbaycanda müxalifətin fəaliyyətini çox yüksək qiymətləndirmək olar”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Quruluş partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: “Məsələn, Türkiyədə müxalifət qanunla fəaliyyət göstərir. Azərbaycanda isə, müxalifət əksər vaxt qanundan kənar fəaliyyət göstərir. Bu fəaliyyət hətta parlamentdə təmsil olunan müxalifət partiyalarına da aiddir. Təsəvvür edin ki, fraksiya yaratmaq üçün 25 nəfər lazımdır. Eyni zamanda frakisya nədir, o nə ilə tənzimlənir, müxalifətin hüququ nədir, müxalifətçilik fəaliyyəti qanunla necə tənzimlənir?.. bütün bunların heç biri bizdə yoxdur. Bun görə də müxalifət istədiyi kimi fəaliyyət göstərir”,-deyə F.Mustrafa fikirini açıqlayıb. Onun sözlərinə görə, məhz bu pərakəndəliyə görə hakimiyyət də arxayındır ki, müxalifətin parlamentdə sayı müyyən mərhələdən o tərəfə keçməyəcək və lazım olan fraksiyaya da ehtiyac olmayacaq.
URL / WWW
http://kelam.az/article/a-2545.html