Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Rektor: “Tibb Universitetinə qəbul olan hər bir xarici ölkə vətəndaşı qəbuldan əvvəl tibbi müayinədən keçirilir”
15.12.10 02:25

Tibb Universitetinə qəbul olan hər bir xarici ölkə vətəndaşı qəbul olunmamışdan əvvəl tibbi müayinədən keçirilir və ondan lazımı analizlər götürülür. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirib.
O, qeyd edib ki, bütün bu tədbirlər bir sıra xarici ölkələrdə tüğyan edən virusların və müxtəlif növ xəstəliklərin ölkəmizdə yayılmasının qarşısını almaq üçündür. “Nəzərə alsaq ki, Azərbaycanda ən çox xarici tələbənin oxuduğu ali məktəb bizim universitetdir, o zaman risklər bizdə daha çox ehtimal oluna bilər. Ona görə də biz onları qəbul etməmişdən qabaq ciddi şəkildə müayinədən keçiririk. Ümumiyyətlə, mən bunun bütün ölkə üzrə tam olaraq həyata küçirilməsinin tərəfdarıyam. Hazırda parlament tərəfindən müzakirə olunacaq “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” qanunun qüvvədən düşmüş hesab edilməsi barədə” sənəddə də bunun yer alması gözlənilir”,-deyə rektor vurğulayıb. O, qeyd edib ki, Tibb Universiteti üçün bu istiqamətdə son zamanlar iş daha da asanlaşıb. “Universitetin artıq özünün müasir standartalara cavab verən klinikası var və orada bütün müayinələr dəqiqliklə həyata keçirilir”,-deyə Ə.Əmiraslanov bildirib.
URL / WWW
http://kelam.az/article/a-2544.html