Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ölkədə ÜDM istehsalı 4,5 faiz artıb
15.12.10 02:23

Cari ilin on bir ayı ərzində ölkədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 4,5 faiz və ya müqayisəli qiymətlərlə 1,4 mlrd. manat artaraq 36,6 mlrd. manata çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər.
Əlavə dəyər məhsul istehsalı sahələrində 3,4 faiz, xidmət sahələrində 6,2 faiz çoxalıb, 53,9 faizi sənaye sahələrində, 7,3 faizi tikinti kompleksində, 4,9 faizi kənd, ovçuluq və meşə təsərrüfatında, 6,0 faizi nəqliyyatda, 8,1 faizi ticarət və pullu xidmət sahələrində, 1,9 faizi rabitədə, 11,0 faizi digər sahələrdə istehsal olunub. Adambaşına 4096,4 manatlıq (5101,4 ABŞ dolları), yaxud keçən ildəkindən 3,2 faiz çox əlavə dəyər istehsal olunub.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6 faiz artıb.
Sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,1 faiz artıb, sənaye məhsulunun 76,1 faizi və ya 19,2 mlrd. manatı mədənçıxarma bölməsində, 18,8 faizi, yaxud 4,8 mlrd. manatı emal bölməsində, 4,5 faizi və ya 1,1 mlrd. manatı elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi və ya 145,7 mln. manatı su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.
Yanvar-noyabr ayları ərzində mədənçıxarma bölməsində 47,1 mln. ton neft, 15,5 mlrd. kub metr əmtəəlik qaz hasil olunub.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,2 faiz, içki istehsalı 12,7 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar istehsalı 14,6 faiz, kağız və karton istehsalı 22,9 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara köçürülməsi 10,5 faiz, neft məhsulları istehsalı 8,9 faiz, kimya sənayesi məhsulları istehsalı 11,2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 22,3 faiz, elektrik avadanlıqları istehsalı 83,2 faiz, maşın və avadanlıqlar istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 74,4 dəfə artıb.
İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 16,0 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub.
Sənaye məhsulu istehsalı neft sektorunda 2,5 faiz, qeyri-neft sektorunda isə 5,9 faiz artıb.
Ölkə üzrə dekabrın 1-nə qarğıdalı daxil olmaqla 2000,3 min ton taxıl, 953,7 min ton kartof, 1178,9 min ton tərəvəz, 35,3 min ton pambıq, 711,0 min ton meyvə və giləmeyvə, 433,2 min ton bostan məhsulları, 123,4 min ton üzüm, 218,0 min ton şəkər çuğunduru, 3,2 min ton tütün, 530,5 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 303,2 min ton ət, 1400,9 min ton süd, 1081,8 milyon ədəd yumurta və 15,4 min ton yun istehsal olunub. Bu barədə məlumatı KƏLAMİNFO-a Dövlət Statistika Komitəsindən veriblər.
Taxıl və kartof istisna olmaqla qalan bitkiçilik məhsullarının və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artıb.
Dəyər ifadəsində heyvandarlıq məhsulları istehsalı 7,1 faiz artıb, bitkiçilik məhsulları istehsalı 9,0 faiz və kənd təsərrüfatının ümumi məhsulu 2,7 faiz azalıb.
Cari ilin məhsulu üçün 973,1 min hektar sahədə şum qaldırılmış, 836,3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 602,0 min hektar sahədə buğda, 234,2 min hektar sahədə arpa səpilib.
URL / WWW
http://kelam.az/article/a-2542.html