Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “S.Sarkisyanın DQ-nın tanınması ilə bağlı yenidən səsləndirdiyi bəyanta səbəb Ziyafət Əsagərovun müharibəni proqnozlaşdırmasır”
13.12.10 19:40

“Ermənistan prezidenti Serj Sarkisyanın yenidən Moskvada “Azərbaycan müharibəyə başlayacağı təqdirdə İrəvan Dağlıq Qarabağı (Q) tanıyacaq” deməsinə səbəb bir gün əvvəl Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərovun müharibə vaxtını proqnozlaşdırmasır”. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Sergey Minasyan bildirib.O, qeyd edib ki, Ermənistan parlamentində DQ-nın tanınması ilə bağlı qanun layihəsinin keçməməsi bölgədə müharibə xofunun aradan qaldırılmasına yönəlib. “Lakin, Azərbaycan tərəfənin hələ də bu ritorikanı davam etdirməsi və rəsmi səviyyədə vaxt qoyması vəziyyəti qəlizləşdirir. Məəhz buna cavab olaraq S.Sarkisyan Möskvadakı bəyanatında yenidən DQ-nın tanınmasına qayıtdı. Güman edirəm ki, həqiqətən də Bakının müharibəyə başlayacağı təqdirdə İrəvanın atacağı ilk addım DQ-nın tanınmasıdır”,-deyə erməni deputat vurğulayıb. Qeyd edək ki, ötən həftə Ermənistan parlamentində DQ-nın tanınması ilə bağlı qanun layihəsi müzakirə olunmasına baxmayaraq qüvvəyə minməyib.
URL / WWW
http://kelam.az/article/a-2540.html