Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə Ermənistanla sərhəddə 11 gözətçi məntəqəsi yaradacaq
11.11.09 21:26

Türkiyə sərhədlərini möhkəmləndirir. KƏLAMİNFO xəbər verir ki, PKK silahlı qruplarına qarşı mübarizə ilə əlaqədar Türkiyə Ermənistanla sərhəddinə 11, İran-İraq sərhəddinə 17 və Suriya sərhəddinə 18 gözətçi keçid məntəqəsi yaratmağı planlaşdırır. Bu haqda məlumatı parlamentdə 2010-cu ilin hərbi büdcəsini təqdim edən Türkiyənin müdafiə naziri Veçdi Gönül verib. O bildirib ki, 11 məntəqənin tikilməsinə hazırlıq işləri görülür və bunların 7-si yeraltı olacaq. Bütün gözətçi məntəqələrinin gələn ilin sonuna kimi hazır olacağı bildirilib. Nazir qeyd edib ki, Türkiyə üçün ən böyük təhlükə PKK terorçularından gələn terror hadisələridir. Qeyd edək ki, Türkiyənin 2010-cu il hərbi büdcəsi 15 mlrd. 118 mln. türk lirəsi təşkil edir.
URL / WWW
http://kelam.az/article/a-254.html