Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Bu gün Stokholmda Nobel mükafatlarının təqdimat mərasimi olacaq
11.12.10 02:26

Bu gün İsveçrənin Stokholm şəhərində ədəbiyyət, tibb və ya fiziologiya, fizika, kimya, eləcə də iqtisadi sahələr üzrə 2010-cu ilin Nobel mükafatlarınn təqdimat mərasimi olacaq. KƏLAMİNFO xəbər veriq ki, bu ilki laureatlar arasında Böyük Britaniya, ABŞ, Yaponiya, Peru və Çin olmaqla 11 nəfər var. Onlardan ən gənci Böyük Britaniyada işləyən rus fizik Konstantin Novoselovun 36 yaşı var. Tibb və ya fizika üzrə mükafatın sahibi-britaniyalı tədqiqqatçı və süni mayalanma texnologiyasını hazırlayan 85 yaşlı Robert Edvards isə ən yaşlı laureatdır. O, səhhəti ilə əlaqədar Stkokholma getməyəcək və mükafatı həyat yoldaşı Rut Edvards alacaq. Qeyd edək ki, Nobel mükafatları hər il dekabrın 10-da-isveçli sənayeçi və ixtiraçı Alfred Nobelin vəfatının ildönümündə təqdim olunur. Mükafatlardan beşi Stokholmda, sülh mükafatı isə Osloda sahiblərinə verilir. Bu ilin hər nominasiya üzrə mükafatı 10 milyon İsveç kronu (təxminən 1 milyon avro) təşkil edir.
URL / WWW
http://kelam.az/article/a-2535.html