Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda Avropa Film Festivalı keçiriləcək
10.12.10 20:26

Bu gündən dekabrın 16-dək Bakda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanda təmsil olunan Aİ-ə üzv ölkələrin səfirlikləri birgə Avropa Film Festivalının keçirilməsini planlaşdırır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.Festival Aİ ölkələri və Azərbaycan arasında mədəni əlaqələrin qurulmasına və inkişafına, kino sənəti vasitəsilə Avropa dəyərlərinin və mədəniyyətinin daha yaxşı qavranılmasına yönəlib. Avropa Film Festivalının proqramı çərçivəsində Azərbaycanda təmsil olunan 14 Aİ ölkələrindən olan filmlər nümayiş etdiriləcək (Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Yunanıstan, Fransa. İtaliya, Litva, Macarıstan, Hollandiya, Avstriya, Polşa, Rumıniya, Böyük Britaniya). Filmlər miqrasiya, işsizlik, bürokratiya, yaşlaşmaq kimi məsələlərdən başlayaraq qlobal istiləşməyədək olan ictimai və qlobal mövzulara toxunur.
URL / WWW
http://kelam.az/article/a-2534.html