Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan nümayəndələri İKT-yə üzv ölkələrin Turizm Nazirlərinin yeddinci iclasında iştirak ediblər
11.12.10 03:24

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri İranın paytaxtı Tehran şəhərində keçirilən İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin Turizm Nazirlərinin yeddinci iclasında və İKT üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərin iclasında iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. İclasda 29 ölkə və İKT-nin 9 struktur qurumları iştirak edib. İclasın başlanğıcında ənənəvi olaraq Quranın ayəsi oxunub. İclasın açılışı üçün ilk çıxış İranın Mədəni İrs, Əl-sənətkarlığı Sənayesi və Turizm Təşkilatının sədr müavini Ameri tərəfindən olub. İlkin olaraq Yüksək Vəzifəli Şəxslərin iclasının İKT-nin Katibliyi tərəfindən təklif etdiyi gündəlik təsdiq edilib. İclasın ikinci günü İKT üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərindən ibarət olan İşçi Komitənin iclası olub. Bu iclasda İKT üzv ölkələri arasında turizmin inkişafına dair Qətnamənin və Tehran Bəyannaməsinin layihələri hazırlanıb. Sonra İKT-ə üzv ölkələrin Turizm Nazirlərinin yeddinci iclası öz işinə başlayıb. İclasın proqramına uyğun olaraq İKT üzv ölkələrin Turizm Nazirlərinin yeddinci iclasına İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin Turizm Nazirlərinin altıncı iclasına sədrlik edən Suriyanın turizm naziri Saad Alah Alqal tərəfindən sədrliyi dövründə görülən işlərə dair hesabat verilib. İclasda İKT üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərindən ibarət olan İşçi Komitə tərəfindən hazırlanmış İKT üzv ölkələri arasında turizmin inkişafına dair Qətnamənin və Tehran Bəyannaməsinin layihələri Turizm Nazirlərinin yeddinci iclasında təsdiqlənib. Həmçinin İKT üzv ölkələrin Turizm Nazirlərinin 8-ci iclasına 2012-ci ildə sədrliyin Sudana verilməsi təsdiq edilib.
URL / WWW
http://kelam.az/article/a-2532.html