Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
10.12.10 20:24

ARDNŞ-nin Ekologiya İdarəsində ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anım mərasimi keçirilib. ARDNŞ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, anım mərasimi ulu öndərin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Toplantıda çıxış edənlər Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarını sonsuz hörmət və dərin ehtiramla yad ediblər. Dahi şəxsiyyətin Azərbaycan üçün olduqca ağır bir dövrdə yenidən hakimiyyətə qayıdışı, Heydər Əliyev siyasi kursunun bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vurğulanıb. İdarənin Ekoloji Təbliğat və Sosial Məsələlər şöbəsinin rəisi Fizuli Hacıyev çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb, ölkəmizin inkişaf və tərəqqisi naminə onun gərgin əməyindən danışıb, xüsusilə milli iqtisadiyyatımızın lokamotivi olan neft-qaz sənayesinin bugünkü yüksəlişinə verdiyi tövhələr haqqında mərasim iştirakçılarına məlumat verib.
URL / WWW
http://kelam.az/article/a-2531.html