Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Millət vəkili: “Qarabağ məsələsi ilə bağlı tərəflərə “time-out”un verilməsi ilə bağlı ciddi düşünülməlidir”
10.12.10 20:24

“Son bir həftənin siyasi prosesləri göstərdi ki, Astana sammiti Dağlıq Qarabağ məsələsinin həlli üçün çox uğursuz olub”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili, siyasi ekspert Musa Qasımlı bildirib. “Sammit başlamazdan əvvəl bütün tərəflərə aydın idi ki, Ermənistan konsesus verməyəcək. Buna görə də problemin həlllində məsuliyyətli olan beynəlxalq güclər vaxt itirmədən bu məsələdə diqqətli olmalı idilər”,-deyə M.Qasımlı fikirini açıqlayıb. Onun sözlərinə görə, sammitdə münaqişə tərəflərinə “time-out”-un verilməsi ilə bağlı ciddi düşünülməlidir. “Nə barədə? İlk növbədə ATƏT-in üç həmsədr ölkəsi (Rusiya, ABŞ, Fransa) Ermənistana ciddi təsir göstərməlidirlər. Çünki, həmin ölkələr özləri ATƏT-in Helsinki yekun aktını imzalayıblar. Bu yekun aktı Astana sammiti ərəfəsində Ermənistan pozur. Yəni, verilən bu “time-out”da Ermənistan özünü doğrultmalıdır. Güman edirəm ki, Moskvada MDB üzvü olan ölkələrin dövlət başçılarının toplantısı çərçivəsində bu məsələyə toxunulacaq. Çünki, məsuliyyətin böyük hissəsi Həştərxan görüşündən sonra elə Rusiyanın üzərindədir”,-deyə millət vəkili məsələyə münasibətini açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-2530.html