Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
10.12.10 20:24

Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-a verilən məlumata görə, nazir Oqtay Şirəliyev iclasın əsas məqsədinin “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn işləri müzakirə etmək olduğunu vurğulayıb. O.Şirəliyev respublikada qan xidmətinin təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində tədarük olunan qanın həcminin artmasından, qanın təhlükəsizliyinin təmin edilməsində laborator nəzarətin gücləndirilməsindən danışıb. Nazir qan xidməti müəssisələrinin idarə edilməsində pərakəndəlik, qan tədarükü ilə məşğul olan tibb müəssisələrinin işindəki nöqsanlar bu fəaliyyətin səmərəliliyini aşağı saldığını vurğulayıb. Qeyd edək ki, bütün bunları nəzərə alaraq ”Qan xidmətinin müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə” nazir O. Şirəliyev 102 saylı Əmr imzalayıb.
URL / WWW
http://kelam.az/article/a-2529.html