Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AHİK-də ümummilli lider Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə bağlı tədbir keçirildi
10.12.10 20:24

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ümummilli lider Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə bağlı tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin AHİK-dəki büstünün önünə tər çikəklər düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra qurumda davam etdirilən tədbirdə çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev ümummilli lider Heydər Əliyevin Azərbayacanın inkişafına həsr etdiyi fəaliyyəti barədə iştirakçılara geniş məlumat verdi. O qeyd etdi ki, 1969-ci ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda inkişaf meylləri başlanıb. S.Mehbalıyev keçmiş sovet ittifaqının tərkibinə daxil olan ölkələrə münasibətdən də danışıb və qeyd edib ki, o dövrdə Azərbaycana ögey münasibət var idi. S.Mehbalıyev bildirdi ki, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlərdə dəyişiklik yarandı. Millət vəkili ümummilli liderin bir çox sahələr, o cümlədən ordu quruculuğu, elm, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrin inkişafı ilə bağlı atdığı addımlardan da bəhs etdi. O bildirdi ki, keçmiş sovet dövründə 5 mindən artıq azərbaycanlı Heydər Əliyevin təşəbbüsü ilə dünyanın bir çox ölkələrində təhisil almağa göndərildi. S.Mehbalıyev Heydər Əliyevin Azərbaycanın hazırki inkişafı ilə bağlı başladığı strategiyadan da bəhs etdi və bildirdi ki, onun təməlini qoyduğu siyasət bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə çıxış edən digər natiqlər də ümummilli liderin Azərbaycanın çiçəklənməsi üçün əvəzsiz xidmətlərindən bəhs etdilər.
URL / WWW
http://kelam.az/article/a-2528.html