Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səttar Mehbalıyev: “Sənayedə ölüm, ağır xəsarət alma hallarının sayı aşağı düşüb”
11.12.10 02:23

Əvvəlki illərə nisbətən Azərbaycanın bütün sahələrində olduğu kimi, sənaye sahəsində də ölüm, ağır xəsarət alma hallarının sayı aşağı düşüb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev söyləyib. S.Mehbalıyev əlavə edib ki, Azərbaycanda əmək haqlarının verilməsi də normal vəziyyətə düşüb. “Əvvəllər əmək haqlarının verilməsində aylarla gecikmələr olurdu. İndi isə insanlar vaxtı-vaxtında aylıq məvaciblərini alırlar. İşləyən insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün yerlərdə işəgötürənlər, sahə həmkarlar təşkilatları tərəfindən kollevtiv müqaviləyə əsasən bir çox işlək addımlar atılır”,-deyən S.Mehbalıyev istehsalatda ölüm, xəsarət alma hallarının dəqiq statistikası barədə məlmata malik olmadığını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-2527.html