Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Z.Əsgərov: “Müharibə həmişə gündəliyimizdə olub, bu gün də var: Sərkisyanla oturub söhbət etməyə vaxtımız yoxdur”
10.12.10 20:23

“Müharibə həmişə gündəliyimizdə olub, bu gün də var. Bütün insanlar buna hazır olmalıdır”. KƏLAMİNFO xəbər verir ki, bubarədə açıqlamanı jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatının bütövlükdə hərbiləşməsi istiqamətində işlər görülür: “Beynəlxalq hüquq artıq münaqişənin həllinə təsir göstərməkdə acizliyini sübuta yetirib. Beynəlxalq hüquq yalnız istinad etmək hüququna çevrilib. Biz də istinad edirik və torpaqlarımızı işğaldan azad etmək hüququnu özümüzdə saxlayırıq. Azərbaycanın öz hüququnu qoruması üçün hər cür imkanları var və yaxın aylarda bunu görəcəyik. Sərkisyanla oturub söhbət etməyə vaxtımız yoxdur”,-deyə vitse-spiker vurğulayıb. Z.Əsgərov qeyd edib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini minalaması və yer adlarını dəyişdirməsi ölkə daxili proseslərə hesablanıb.
URL / WWW
http://kelam.az/article/a-2526.html