Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Rektor: “Dövlət İqtisad Universitetindən il ərzində 250 tələbə xaric olunub”
11.12.10 02:22

Son üç ildə stabil olaraq Dövlət İqtisad Universitetindən hər il 250 nəfər tələbə xaric olunub. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində universitetin rektoru, millət vəkili Şəmsəddin Hacıyev bildirib. Rektor qeyd edib ki, xaric olanlar arasında IV kurs tələbələri çoxluq təşkil edir. “Səbəblər müxtəlifdir. Bunların arasında hərbi xidmətə getmək kimi obyektiv səbəblər də var ki, biz onları xaric edirik. Bundan başqa əsas səbəblər arasında davamiyyətin aşağı olması və ən başlıcası da tələbələrin mənimsəməmə problemidir. Yəni, tələbə var ki, 4-5 imtahandan kəsiri olur. Biz onlara bir- neçə dəfə yenidən imtahan vermək üçün imkan yaratsaq da, onlar bundan istifadə edə bilmirlər. Nəticədə biz onları tələbələr sırasından xaric edirik. Xüsusən yuxarı kurslarda bu mütamadi şəkil alıb. Hesab edirəm, bu, elmi mənimsəmdə tələbatın çox olması, imtahanların artıq test üsuluna keçməsi və s. kimi faktlarla əlaqədardır. Əksər tələbələrimiz bun hazır deyil”,-deyə Ş.Hacıyev vurğulayıb. Rektor deyir ki, sırf kredit borclara görə universitetdən tələbələr xaric olunmur. Ş.Hacıyev onu da qeyd edir ki, ümumiyyətlə əvvəlki illərlə müqayisədə xaric olunan tələbələrin sayında son bir-neçə ildə azalma müşahidə olunur.
URL / WWW
http://kelam.az/article/a-2525.html