Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: “Artıq S.Sərkisyan hakimiyyətin ərköyün siyasətinə dözməyə nə imkanımız, nə də vaxtımız var”
10.12.10 20:22

“Ermənistanın qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı etdiyi cəhdlərin heç bir perspektivi yoxdur. Çünki ermənilər özləri də gözəl başa düşürlər ki, qondarma rejimin tanınması Ermənistanın işğalçılığının hüquqi cəhətinin daha bir təsdiqi olacaq”. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinin dalana dirənməsi barədə sualı cavablandıran Z.Əsgərov qeyd edib ki, bu bir daha göstərir ki, Ermənistan beynəlxalq hüquqa meydan oxumaqdadır: “Təəssüf edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar da Ermənistana təzyiq artırmır. Düzdür, çox vaxt onlar prosesin uzanmasından narahat olduqlarını deyirlər. Amma maraqlıdır, onlara təzyiq göstərməkdə kim mane olur? Narahatlıqlarını ifadə edirlər, amma ortada bir nəticə yoxdur. Hesab edirəm ki, bundan sonra artıq Azərbaycanın bütün iqtisadiyyatı, xüsusilə də sənaye sahəsi hərbi relslər üzərinə keçirilməlidir. Bu istiqamətdə çox böyük işlər görülüb. Artıq Serj Sərkisyan və onun hakimiyyətinin ərköyün siyasətinə dözməyə nə imkanımız, nə də vaxtımız var”,-deyə vitse-spiker vurğulayıb. Z.Əsgərov qeyd edib ki, beynəlxalq hüquq da imkan verir ki, Azərbaycan öz ərazisini istənilən şəkildə azad etsin. O, müharibə olacaqmı sualına isə “bunu yaxın günlərdə özünüz görəcəksiniz” ifadəsi ilə cavablandırıb.
URL / WWW
http://kelam.az/article/a-2524.html