Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bu gün Moskvada MDB üzvü olan ölkələrin dövlət başçılarının toplantısı keçiriləcək
10.12.10 20:19

Bu gün Moskvada Rusiya prezidenti Dmitri Medvedevin sədrliyi ilə MDB-yə üzv olan ölkələrin dövlət başçılarının toplantısı keçiriləcək. KƏLAMİNFO xəbər veriq ki, toplantı Rusiyanın MDB-yə başa çatan sədrliyi çərçivəsində əsas tədbirlərdən hesab olunur. MDB liderlərinin dar və geniş tərkibdə görüşündə Rusiyanın sədrliyinin nəticələri və əsas prioritetlər müzakirə ediləcək. Əsas diqqətin iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönələcəyi gözlənilir. Sammitin gündəliyində Birlik çərçivəsində azad ticarət zonası ilə bağlı müqavilə layihəsinin müzakirəsi də nəzərdə tutulur. 2011-ci ilin MDB-də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ili elan edilməsi barədə qərar layihəsi də müzakirə ediləcək. Sammitdə 2020-ci ilədək MDB çərçivəsində gənclərin beynəlxalq əməkdaşlığı strategiyasının nəzərdə keçirilməsi də planlaşdırılır. Toplantıda müzakirə olunacaq əsas məsələlərdən biri də 2011-2012-ci illərdə humanitar sahədə pritoritet tədbirlərdir. Bu tədbirlər planı noyabrın 19-da Sankt-Peterburqda MDB Hökumət başçıları Şurasının iclasında razılaşdırılıb. Hüquq-mühafihzə və hərbi sahələrdə əməkdaşlıq da nəzərdə tutulur. Dövlət başçılarının MDB ölkələri arasında şübhəli şəxslərin beynəlxalq axtarışı barədə müqavilənin, eləcə də, 2011-2013-cü illərdə cianyətkarlıq, terrorçuluq və ektremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri ilə mübarizə proqramının layihələrini müzakirə edəcəkləri gözlənilir. Sammitdə aktual regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq. Dövlət başçılarının müzakirəsinə Çernobıl faciəsinin 25-ci ildönümü ilə bağlı birgə müraciət layihəsi də təqdim olunacaq.
URL / WWW
http://kelam.az/article/a-2522.html