Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilir
10.12.10 02:34

Bu gün Aktau şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Qazaxıstanda Azərbaycan Biznes İnvestisiyaları Assosiasiyasının təşkilatçılığı ilə Qazaxıstan-Azərbaycan biznes forumu keçirilir. İİN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Qazaxıstan tərəfindən energetika, neft, maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamının iştirakı nəzərdə tutulur. Biznes forumda AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanları ilə bağlı təqdimat keçiriləcək.Tədbir çərçivəsində sahibkarlar arasında təşkil ediləcək ikitərəfli görüşlərdə Azərbaycan və Qazaxıstan iş adamları arasında əlaqələrin daha da genişləndirilməsi, yeni sahələr üzrə əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparılacaq. Biznes forum çərçivəsində keçiriləcək sərgidə isə iki ölkənin iqtisadiyyatın müxtəlif sahələrində əldə etdiyi nailiyyətlər, həmçinin investisiya imkanları nümayiş olunacaq.
URL / WWW
http://kelam.az/article/a-2521.html