Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda Mstislav Rostropoviç adına IV beynəlxalq festival keçiriləcək
10.12.10 02:31

Bakıda dekabrın 12-də Mstislav Rostropoviç adına IV Beynəlxalq Festivalı öz işinə başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva verib. O, bildirib ki, festivalın açılışı dekabrın 12-də saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında olacaq və festival çərçivəsində müxtəlif günlərdə tədbirlər keçiriləcək. “Dekabrın 13-də saat 15.00-da Rostropoviçlərin Ev Muzeyində L. və M.Rostropoviçlər adına 21 saylı uşaq musiqi məktəbinin prezident təqaüdçülərinin konserti keçiriləcək. Həmin axşam Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rejissor İvan Popovskinin “Karmen” (J.Bize) operası göstəriləcək. Dekabrın 14-də Azərbaycan Dövlət Filarmoniyasında Yuri Yuaşmetin “Moskva solistləri” kamera ansamblı çıxış edəcək. Dekabrın 15-də Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycanın xalq artisti Teymur Göyçəyevdir) ifasında İ.S.Baxın üç fortepiano və skripka konserti baş tutacaq. Dekabrın 16-da isə, Rostropoviçlərin Ev Muzeyində kamera musiqisindən ibarət konsert olacaq. Dekabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Ü.Hacıbəyov adına Simfonik Orkestrinin konserti gözlənilir. Dekabrın 18-də və festivalın təntənəli bağlanış günündə- dekabrın 19-da Heydər Əliyev adına Sarayda İsrail Filarmoniya Orkestrinin konseri olacaq”,-deyə Z.Əliyeva vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2517.html