Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “ABŞ Dağlıq Qarabağla bağlı ziddiyyətlərin hələ də qalmasından ciddi narahatdır”
08.12.10 20:23

“Biz Dağlıq Qarabağla bağlı ziddiyyətlərin hələ də qalması, eləcə də son vaxtlar regionda baş verən münaqişələrlə bağlı ciddi narahatlığımızı ifadə edirik. Belə bir vəziyyət olduqca qorxuludur və irəliləyişin əldə olunması üçün bizim səylərimizin intensivliyini zəruri edir”. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin köməkçisi Filip Qordon bildirib. O, qeyd edib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın fəaliyyətini alqışlayır və bu istiqamətdə onunla əməkdaşlığa hazırdır. “Bəli, Rusiya bu prosesdə fəal rol oynayır və biz ümid edirik ki, ABŞ kimi o da ATƏT-in Minsk Qrupunun əsas prinsiplərinə əsaslanan sazişin əldə olunmasını istəyir. Vaşinqton bütün tərəflərlə daimi əlaqədədir və bu münaqişənin həllində çox maraqlıdır”,-deyə Ağ Ev rəsmisi bildirib.
URL / WWW
http://kelam.az/article/a-2516.html