Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “WikiLeaks”də Azərbaycan-Türkiyə ilə bağlı tez-tez xoşagəlməz məlumatlar yaymaqla bizə qarşı kin yaratmağa çalışırlar”
08.12.10 20:23

“WikiLeaks”in yaydığı qalmaqallı məlumatlarla Azərbaycan- Türkiyə münasibətlərinə tez-tez toxunulması məqsədyönlüdür. Çünki, son illər Türkiyə ictimaiyyətində yüksələn azərbaycançılıq meyilləri ən azı ABŞ-ın maraqlarına uyğun deyildi. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində siyasi ekspert Elçin Mirzəbəyli bildirib.O, qeyd edib ki, bu məqsədyönlü bir addımdır və bunu idarə edən qüvvələr Türkiyədəki bəzi mətbuat dairələrindən gözlədikləri reaksiyanı da alırlar. “Düzgün olamayan faktlara görə kəskinləşən bu cür reaksiyalar iki ölkə arasındakı münasibətlərdən çox, Türk dünyasına düşmən olan qüvvələrin mənafeyinə xidmət edir. Ən azı bu gün ABŞ Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı imzalanan protokolların həyata keçməməsindən narahatdır. Heç kimə sirr deyil ki, bu sərhədlərin açılmamasının əsas şərtlərindən biri Türkiyə ictimaiyyətində hakim olan Azərbaycan faktorudur. Yəni, Türkiyədə hakimiyyət istəsə də belə, ictimaiyyətdə buna qarşı olan sərt reaksiyaya görə sərhədləri aça bilməzdi. Ona görə də, “WikiLeaks”də təkrar-təkrar Türkiyə-Azərbaycan münasibətlərində xoşagəlməz məlumatlar dərc olunmaqla, qardaş ölkənin ictimaiyyətində Azərbaycana qarşı kin yaratamağa çalışırlar”,-deyə ekspert fikirni açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-2515.html