Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU-da tələbələrin simpoziumi keçirilir
08.12.10 20:23

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Neft Mühəndisləri Beynəlxalq Cəmiyyətinin (SPE) Azərbaycan bölməsinin təşəbbüsü ilə tələbələrin simpoziumu işə başlayıb. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, simpoziumda çıxış edən Neft Mühəndisləri Beynəlxalq Cəmiyyətinin (SPE) Azərbaycan bölməsinin rəhbəri Vüsalə Kərimova tədbirin əhəmiyyətindən danışıb. O, neft-qaz ixrtisasları üzrə təhsil alan tələbələrin gələcəkdə peşəkar mütəxəssis kimi yetişməsi baxımından simpoziumların keçirilməsinin vacibliyini önə çəkdi. ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva isə çıxışında bu kimi tədbirlərin universitetdə keçirilməsindən məmnun olduğunu ifadə edib. İki gün davam edəcək simpoziumda əsasən neft-qaz sahələrində ehtiyat anbarlarının idarə edilməsi və ona nəzarət mexanizmləri, eəcə də vahid modellərin fəaliyyəti müzakirə mövzusudur. Neft-qaz mühəndisliyi və digər istiqamətlər üzrə təhsil alan 40-a yaxın tələbənin iştirak etdiyi simpoziumda iştirakçıların müvafiq sahədə bilik və bacarıqlarının qiymətləndirilməsi də aparılacaq. Simpoziumda tələbələrin bacarıqlarının yoxlanılması və şəxsi inkişafı müəyyən etmək komandalar halında oyunlar da keçiriləcək. Tədbir dekabrın 9-da başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-2514.html