Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Cari ildə 60-dan çox tələbə Azərbaycan Tibb Universitetindən xaric olunub
09.12.10 03:21

Cari il əvvəlki illərdən fərqli olaraq 60-dan çox tələbə Tibb Universitetindən xaric olunub. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirib. “Səbəb isə, səhlənkarlıq, dərs davamiyyətinin xeyli aşağı düşməsi, imtahanlarda qeyri- kafi nəticələr göstərmək, nizam-intizamın ciddi pozulmasından ibarətdir. Bu göstəriciyə görə də, artıq biz bunun üstünə çox ciddi düşmüşük”,-deyə rektor vurğulayıb. O, bildirib ki, əvvəlki illərdən fərqli olaraq istər yerli, istərsə də xarici vətəndaşlar arasında oxumaq üçün universitetə müraciət edənlərin sayında ciddi artım var. “Buna görə də, əvvəlki illərdən fərqli olaraq biz artıq seçim qarşısında qalmışıq”,-deyə Ə.Əmiraslanov əlavə edib. Ə.Əmiraslanov bildirib ki, son iki il ərzində Tibb Universitetinin bütün fakültələri İngilis dili bölməsi yaradılıb. O, qeyd edib ki, buna qədər universitetdə Azərbaycan dili ilə yanaşı rus dilində tədris aparıldığı halda, artıq praktiki olaraq bütün fakültələr üzrə İngilis dilində də tədris aparılır.
URL / WWW
http://kelam.az/article/a-2513.html