Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Aparatı erməni təcavüzündən bəhs edən materialları beynəlxalq ictimaiyyətə təqdim edib
09.12.10 03:21

Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun əməkdaşı Rəşid Rumzadə İtaliyanın Sanremo şəhərində Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən təşkil olunan “Hərbi münaqişələr, sülhməramlılıq missiyası, münaqişə obyektlərində iş” mövzusunda ixtisaslaşmış treninqdə iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. Treninqdə həm hərbi, həm də mülki sahələri əhatə etməklə insan hüquqlarının müxtəlif aspektləri, həmçinin miqrasiya, qaçqınların hüquqlarına dair məsələlər müzakirə olunub.İxtisaslaşmış treninqdə seçilən mövzular üzrə qruplarda müzakirələr də keçirilib. Müzakirələrin yekunu olaraq davam etdirilən təqdimatlarda R.Rumzadə çıxış edərək iştirakçıların diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzünə, insan hüquqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə müşayiət olunan erməni terroruna yönəldib. Aparatın əməkdaşı insan hüquqları, sülh və dözümlülük mədəniyyətinin geniş təbliğini nəzərdə tutan milli normativ-hüquqi aktlar, habelə səmərəli fəaliyyət göstərən, ölkəmizdə yeganə sülh təşkilatı olan Azərbaycan Sülh və İnkişaf Alyansı haqqında ətraflı məlumat verib. O, Azərbaycan Ombudsmanının sülh təşəbbüslərini və sülhməramlı mövqeyindən də bəhs edib. Erməni terrorunu, Xocalı faciəsini əks etdirən, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, Qarabağ müharibəsinin dəhşətlərindən bəhs edən disklər, Ombudsmanın müvafiq bəyanatları, illik məruzələri və təsisatda hazırlanan hüquqi nəşrlər 20-dək dövlətin təmsilçiləri arasında yayılıb, həmçinin Sanremo şəhərində yerləşən Beynəlxalq Humanitar Hüquq İnstitutunun kitabxanasına təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-2511.html