Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İranın nüvə problemi üzrə növbəti danışıqlar 2011-ci ilin yanvarının sonunda İstanbulda keçiriləcək
09.12.10 03:20

İranın nüvə problemi üzrə növbəti danışıqlar 2011-ci ilin yanvarının sonunda İstanbulda keçiriləcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı İranın Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili verib. Onun sözlərinə görə, İran bütün tərəflərin qarşılıqlı razılığı əsasında növbəti görüşü keçirməyi təklif edib. Danışıqların növbəti mərhələsində əməkdaşlıq müzakirənin əsas predmeti olacaq. Avropa komissiyasının vitse-prezidenti Ketrin Eşton İranın nüvə problemi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyi haqda informasiyanı təsdiq eidb. "Biz İranın hüquqlarına hörmət edirik, amma eyni zamanda İrandan öhdəliklərin əməl etməsinə təkid edirik.Bu problemi nizama salmağa həmişə hazırıq”, -deyə K.Eşton vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2510.html