Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Millət vəkili Qənirə Paşayeva Misir Ərəb Respublikasına gedib
08.12.10 20:20

Bu gün Milli Məclisin üzvü Qənirə Paşayeva Misir Ərəb Respublikasına yola düşüb. Məqsəd dekabrın 08-17 tarixində bu ölkənin Luksor şəhərində keçirilən “İnsan alverinə qarşı Beynəlxalq Forum”da iştirak etməkdir. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. Misirin Birinci xanımı Suzan Mübarək ilə BMT-nin Baş katibi Pan Gi Munun rəhbərlik edəcəyi tədbir Palermo Konvensiyasının 10 illiyinə həsr olunub. Tədbirə dünyanın bir sıra nüfuzlu siyasi xadimləri, o cümlədən ABŞ-ın Dövlət katibi Hillari Klinton da qatılacaq. Əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsi olan Forumda deputatımız çıxış edərək mövqeyini bildirəcək. Forumdan sonra Q.Paşayeva Misir senatının üzvü İsmayıl Seragəldinin dəvətinə əsasən dünyanın ən qədim kitabxanalarından olan İsgəndəriyyəni ziyarət edəcək, eyniadlı universitetdə görüşlər keçirəcək. Deputat Misirin paytaxtı Qahirədə də bir sıra tədbirlərdə iştirak edəcək. Görüşlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən qaynaqlanan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında söhbət açacaq. Hər üç şəhərdə deputatımızın iştirak etdiyi tədbirlərdə Dağlıq Qarabağ həqiqətlərini əks etdirən materiallar, kitablar və videofilmlər yayılacaq.
URL / WWW
http://kelam.az/article/a-2509.html