Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”nin ilk buraxılışı oldu
09.12.10 03:18

Bu gün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan və M.F.Axundov adına Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”nin ilk buraxılışının müdavimlərinə diplomların təqdim edilməsi münasibətilə tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, iki il öncə az bir heyətlə fəaliyyətə başlayan “Gənc Ədiblər Məktəbi”nin sıraları getdikcə genişlənir. K.Tahirov qeyd edib ki, məktəbin formalaşması üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lazımi dəstək göstərilib və Milli Kitabxana da gənc ədibilər üçün münbit şərait yaradıb. Gənc ədiblərə tövsiyələrini verən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev onların inkişafı üçün dazımi dəstəyi göstərəcəklərini söyləyib. Ədiblərə yaradacılıq uğurları arzulayan nazir müavini təklif edib ki, gənc ədbilər arasından 5-6 nəfərin əsərlərinin nəşr edilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunsun. O, gənc ədiblərin ölkəmizin regionlarına çıxarılmasının vacibliyini də vurğulayıb və söz verib ki, onların ictimaiyyətlə görüşlərinin təşkili üçün nazirlik tərəfindən dəstək göstəriləcək. Azərbaycan dramaturgiyasında mövud problemlərdən bəhs edən Ə.Vəliyev gənc ədiblərin bu sahənin inkişafında mühüm rol oynayacaqlarına əminliyini ifadə edib. “Gənc Ədiblər Məktəbi”nin rəhbəri, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid isə bildirib ki, sözügedən məktəb 2008-ci il iyulun 1-dən fəaliyyətə başlayıb. Onun sözlərinə görə, həmin dövrdən bəri Milli Kitabxanada gənc ədiblərin əsərlərinin müzakirəsi, ölkənin bir çox xalq şairləri, xalq yazıçıları ilə və ədəbi mühitdə tanımış digər şəxslərlə görüşləri təşkil edilib. Qeyd edək ki, sonda “Gənc Ədiblər Məktəbi”nin 50 nəfər müdavimlərinə Mədəniyyət və Turizm Nazirliyinin diplomları təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-2507.html