Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QMİ-nin Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı Fətva verib
08.12.10 02:38

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı Fətva verib. QMİ-dən KƏLAMİNFO-ya verilən məlumatda qeyd olunub ki, yeni 1432-ci ilin başlanğıcı-Məhərrəm ayının 1-ci miladi təqvimi 2010-cu il dekabr ayının 7-nə təsadüf edir. “Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay müqəddəs İslam dinimizdə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura-Məhərrəm ayının 10-cu günü İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub. Müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olan Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Aşura günü dekabrın 16-a təsadüf edir. Kərbəla şəhidlərinin xatirəsinin yad edildiyi təziyə günləri münasibətilə bütün dindarlara dərin hüznə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əliyhissəlamın azadlığının İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyyə edirik. Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir”,-deyə Fətvada vurğulanıb.
URL / WWW
http://kelam.az/article/a-2506.html