Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sumqayıtda “Gənclərin iştirakı ilə İnsan Hüquqlarının Tədrisi” mövzusunda təlim keçirilib
07.12.10 19:38

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 10 dekabr-Ümumdünya İnsan Hüquqları Günü münasibəti ilə “Gənclərin iştirakı ilə insan hüquqlarının tədrisi” mövzusunda təlim təşkil edib. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, təlim Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX)-Sumqayıt İcma Məlumat Mərkəzində baş tutub. İki günlük təlimdə şəhərdə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrindən və tələbələrdən ibarət 20 nəfər iştirak edib. Baş İdarənin gənclərlə iş sektorunun aparıcı məsləhətçisi İ. Kərimov fəal təlim metodu ilə gənclərə insan hüquqlarının tədrisinin vacibliyi, insan hüquqları anlayışı, hüquq bərabərliyi, gender bərabərliyi ilə yanaşı ayrıseçkilik və kseonofibayaya qarşı mübarizədə gənclərin rolu haqqında iştirakçıları məlumatlandırıb. Təlim proqramına uyğun olaraq gələcəkdə gənclərə insan hüquqlarının tədris edilməsi mövzusunda təlim proqramlarının və strategiyanın hazırlanması sahəsində iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-2505.html