Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » S.Rəhmanın 100 illiyi ilə əlaqədar tədbir keçirildi
08.12.10 02:38

Bu gün Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Sabit Rəhmanın 100 illiyi ilə əlaqədar tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə ölkənin bir sıra tanımış yazıçıları, şairlər, mədəniyyət və incəsənət xadimləri, xalq artistləri və digər şəxslər iştirak edib. Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq yazıçısı Çingiz Abdullayev və digər natiqlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsətən xadimi, yazıçı-dramaturq S.Rəhmanın həyat və yaradıcılığı, onun Azərbaycan ədəbi mühitindəki rolundan geniş bəhs etdilər. Qeyd edək ki, tədbirdə həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Sabit Rəhman - 100. Biblioqrafiya” kitabının da təqdimat mərasimi keçirildi. Milli Kitabxananın “Diyarşünaslıq elmi biblioqrafiya” şöbəsinin tərtib etdiyi kitab beş hissədən ibarətdir. Kitabı tərtib edənlər Tamara Həsənova və Nurhal Aslanbəyovadır. Kitabın redaktoru Mədinə Vəliyeva, buraxılışa məsul və ixtisas redaktoru isə K.Tahirovdur. Xatırladaq ki, Azərbaycan sovet dramaturgiyasının görkəmli nümayəndəsi - Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) 26 mart 1910-cu ildə Şəkinin Nuxa kəndində anadan olub. Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlayıb. S.Rəhman “Arşın Mal Alan (1945)” və “O olmasın, bu olsun (1956)”, “Koroğlu (1960)”, “Əhməd Haradadır? (1963)” filmlərinin, Ulduz (1964) musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir. O, 1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülüb, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunub. Şəki Dram Teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə var. S.Rəhman 1970-ci ildə Bakıda vəfat edib.
URL / WWW
http://kelam.az/article/a-2503.html