Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Doğu Akdeniz Universitetinin nümayəndəsi ölkəmizdə səfərdədir
07.12.10 19:38

Doğu Akdeniz Universitetinin (Eastern Mediterrania University) rəsmi nümayəndəsi İmran Muxtarov Azərbaycanda səfərdədir. Azərbaycan Tələbələr Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər Birliyin və Doğu Akdeniz Universitetinin (Eastern Mediterrania University) əməkdaşlıq haqda anlaşma memarandumu çərçivəsində həyata keçirilib.Səfərin məqsədi Azərbaycanın təhsil sistemi ilə yaxından tanış olmaq və Doğu Akdeniz Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi olan Azərbaycan Tələbələr Birliyi ilə gələcək iş strategiyasını müzakirə etməkdir. Səfər çərçivəsində İ.Muxtarovun Təhsil Nazirliyi, dövlət universitetləri və məktəbləri, eləcə də özəl məktəblərdə görüşləri nəzərdə tututlub. Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan Tələbələr Birliyi və Doğu Akdeniz Universitetinin (Eastern Mediterrania University) əməkdaşlığı çərçivəsində rəsmi təqdimat keçirilib. Təqdimatda 70-dən çox tələbə və müəllim heyətinin iştirakı ilə Doğu Akdeniz Universitetində (Eastern Mediterrania University) təhsil perspektivləri mövzusunda müzakirələr aparılıb.
URL / WWW
http://kelam.az/article/a-2502.html