Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Rusiyalı mütəxəsislər tərəfindən azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirilir
07.12.10 19:38

Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən Rusiyanın 4 nəfərdən ibarət tanınmış professor və dosent heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədilə azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə nazirliyindən veriblər. Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun və Rusiya Diplomdan sonrakı Tibb Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilən və ginekologiyanın aktual məsələlərinə həsr olunmuş kurslara Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavim cəlb edilib. Kurslar Respublika Perinatal Mərkəzin bazasında həyata keçirilir.
URL / WWW
http://kelam.az/article/a-2501.html