Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Həsənov: “Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına 3.4 mlrd. dollar vəsait xərclənib”
07.12.10 19:38

Bu günə kimi qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına 3.4 mlrd. dollar vəsait xərclənib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlaman yap.org.az. saytına Qaçqınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib. Ə.Həsənov bildirib ki, bunun 800 mln. dolları beynəlxalq təşkilatların payına, 2.6 mlrd. dolları isə Azərbaycan dövlətinin üzərinə düşüb. “Son 10 il ərzində 67 qəsəbə salınıb. 1 mln/ 150 min kvadrat metr sahədə 20 min mənzilə 100 min qaçqın və məcburi köçkün köçürülüb. Qəsəbələrdə 126 məktəb, 40 bağça, 40 tibb məntəqəsi, 100 minlərlə kilometr su, elektrik, qaz xətti, yollar çəkilib. Bu sadalanan işlərin 70 faizi məhz, prezident İlham Əliyevin dövründə görülüb və bu gün də bu işlər davam etdirilməkdədir. Təkcə bu il 310 mln. manat vəsait xərclənib. Bu gün dünyanın heç bir konflikt yerində olmağadı bir hal Azərbaycanda baş verir. Yəni, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə 860 dollar pul xərcləyir. Əgər bu gün ölkə üzrə yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə salınıbsa, qaçqın və məcburi köçkünlər arasında bu rəqəm 75 faizdən 25 faizə salınıb”,-deyə Ə.Həsənov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2500.html