Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU-da San Diego Dövlət Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
08.12.10 02:38

San Diego şəhərinin Switzer Heights rayonu və Bakı Nəsimi rayonu arasında “qardaşlaşmış rayonlar” münasibətlərinin qurulması istiqamətində təşəbbüskar qrupun üzvləri Martin Kruminq və Meqan Kruminq Bakı Dövlət Universitetində (BDU) olublar. Bu barədə məlumatı KƏLAMİNFO-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən veriblər. Görüşdə Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyev BDU haqqında bukleti, xatirə medallarını və Qarabağ haqda yazılan kitabı qonaqlara təqdim edib və qonaqlara universitet barədə məlumat verib. Rektor Abel Məhərrəmovun əməkdaşlığa çox böyük önəm verdiyini bildirən prorektor, bu görüşün gələcək əməkdaşlıq baxımından uğurlu olacağını diqqətə çatdırıb.Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər haqda ətraflı fikir mübadiləsi aparılıb. Əsasən, San Diego Dövlət Universiteti (SDSU) ilə gələcək müştərək layihələrin təşkili imkanlarının müzakirəsi, San Diedgo şəhərindəki Tomas Cefferson adına Hüquq İnstitutu (Thomas Jefferson School of Law in San Diego) ilə əməkdaşlıq imkanlarının müzakirə edilməsi və müştərək elmi araşdırma işlərinin aparılmasına nail olmaq mövzuları görüşdə xüsusi yer tutub. Qonaqlar, BDU ilə tanışlığın onlarda yüksək təəssürat doğurduğunu bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-2499.html