Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı YAP bir sıra tədbirlər keçirəcək
07.12.10 19:38

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı hakim Yeni Azərbaycan Partiyası (YAP) bir sıra tədbirlər keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı verib. Onun sözlərinə görə, bu il də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı müxtəlif tədbirlər keçirəcəklər. Həmçinin, Bakıda YAP-ın təşkilatçılığı ilə böyük bir tədbirin keçirilməsi planlaşdırılır. M.Qurbanlı bildirib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqımızın yaddaşına əbədi həkk olunub. “Dünya miqyasında müstəqil Azərbaycandan danışanda onun qurucusu Heydər Əliyevin adı da həmişə çəkilir, uca tutulur. ulu öndər Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Heydər Əliyev Azərbaycan xalqının tarixində böyük rol oynayıb. Ümummilli liderimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəmizi fəlakətdən xilas edib və bununla da Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması həyata keçirilib”,-deyə M.Qurbanlı vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2498.html