Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda "NATO Lissabon sammitindən sonra: yeni strateji konsepsiya" adlı beynəlxalq konfrans keçirilir
07.12.10 19:38

Bu gün Bakıda "NATO Lissabon sammitindən sonra: yeni strateji konsepsiya" beynəlxalq konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda NATO ilə Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov, Polşanın Azərbaycandakı səfiri Mikal Labenda, Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyinin rəhbəri Nikolae Ureke və bir sıra ekspert və siyasi partiyaların rəhbərləri iştirak edir.Konfransda çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki Lissabonda sammitində Rusiya və NATO münasibətlərində əhəmiyyəti dönüş yarandığını bildirərək, tərəflər arasında bəzi razılıqların əldə olunacağını qeyd edib. O. həmçinin NATO-nun Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb. Polşanın Azərbaycandakı səfiri Mixail Labenda isə çıxışında Lissabon sammitinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, Polşa təhlükəsiz Avropa sisteminin yaradılmasında ABŞ-ın iştirakını dəstəkləyir. Gürcüstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikoloz Qogitidze ölkəsinin NATO ilə əlaqələrin inkişafında maraqlı olduğunu bəyan edib. O, həmçinin Gürcüstanın Lissabon sammitində beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınmasının əhəmiyyətli olduğunu bildirib. Bakı Dövlət Universitetinin eksperti Bəxtiyar Aslanbəyli isə Gürcüstanın NATO-ya üzvlüyünün real olmadığını bildirib. Onun sözlərinə görə, Gürcüstanın ərazisi işğal olunub və Rusiya əmindir ki, bu vəziyyətdə Gürcüstan NATO-ya üzv ola bilməz.
URL / WWW
http://kelam.az/article/a-2497.html