Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ekspert: “Astana sammiti göstərdi ki, Dağlıq Qarabağla bağlı danışıqların səviyyəsi çox aşağıdır”
07.12.10 02:17

Astana sammiti göstərdi ki, Dağlıq Qarabağla bağlı danışıqların səviyyəsi çox aşağıdır. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunu Böyük Britinayida Cənubi Qafqaz üzrə ekspert Amanda Pol bildirib. Onun sözlərinə görə, Astana sammiti tərəflərin hirsli ritorikasından və ATƏT-in Minsk Qrupunun zəif bəyanatlarından başqa bir şey vermədi. “Hərbi forma geyinmiş Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş Ağdam rayonunda etdiyi çıxışlar kimi bu yaxınlarda baş verən hadisələr, xüsusilə fitnəkar xarakterli olmaqla, vəziyyətin inkişafına öz qeyri-konstruktiv töhfəsini verib. Ermənistan prezidenti Serj Sarkisyan müdafiə naziri Seyran Ohanyanın və yüksək vəzifəli zabitlərdən ibarət nümayəndə heyətinin müşayiəti ilə noyabrın 13-də Azərbaycanın işğal olunmuş ərazilərində olaraq, hərbi təlimlərdə iştirak ediblər. Düşünürəm Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qərarların hazırlanması mərhələsinin vaxtı çatıb. Minsk qrpunun həmsədrlərini günahlandırmaq asandır, lakin danışıqlarda çox şey iki ölkənin liderindən asılıdır. Emənistan Dağlıq Qarabağ münaqişəsi İrəvan və Ankaranın yaxınlaşması ilə bağlı olandan danışıqları çox mürəkkəbləşdirib, bu isə Ermənistanı çox zəiflədib”,-deyə avropalı eskpert fikirni açıqlayıb. O, qeyd edir ki, hər bir sədr uğur qazanmaq istəyir və ATƏT-in növbəti sədri Litva da bu mənada Qazaxıstandan fərqlənmir, lakin siyasi iradə, iki ölkə lideri və beynəlxalq ictimaiyyət tərəfindən daha geniş və daha razılaşdırılmış səylər olmadan, yaxın vaxtlara əhəmiyyətli irəliləyişin olacağına böyük güman yoxdur. “Əksinə, münaqişə ilə bağlı vəziyyət atəşkəs rejiminin pozulması və regionda yalnız təhlükənin artmasına səbəb olacaq”,-deyə A.Pol vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2492.html