Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » G.Məmmədova: “Hər il Azərbaycanda bağlanan nigahların 10 faizə yaxını pozulur”
06.12.10 19:17

Hər il Azərbaycan ailəsi arasında bağlanan nigahların 10 faizə yaxını pozulur. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova söyləyib. Nigahların bağlanması halının azlığını diqqətə çatdıran G.Məmmədova tövsiyə edir ki, yeni qurulan ailələr mütləq rəsmi nigaha daxil olmalıdırlar. O, insanların nigahların pozulmasını adi hal kimi qiymətləndirdiklərini qeyd edib. Boşanma hallarının qarşısının alınması və digər bu kimi problemlərin aradan qaldırılması ilə bağlı Komitə tərəfindən maarifləndirici tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran G.Məmmədova bunun yaratdığı poblemlərlə əlaqədar gənclər, onların valideynlərinin məsuliyyəti ilə bağlı maarifləndirmə xarakterli kampaniyaların aparıldığını söyləyib.Komitə rəsmisi maarifləndirici tədbirlərin məktəblərdə də həyata keçirildiyini söyləyib və bildirib ki, cari ildə bu günə qədər 43 məktəbdə “Milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi” mövzusunda tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, növbəti belə tədbirlər Lerik, Ağdam, Füzuli və digər bölgələrdə həyata keçiriləcək. G.Məmmədova qan qohumluğunun gələcək nəsillərin sağlamlığına mənfi təsiri, erkən nigah hallarının azaldılması, gündəlik həyatda zorakılıq hallarının aradan qaldırlması kimi məsələlərin maarifləndirmə tədbirlərinin əsas mövzusunu təşkil etdiyini qeyd edib. O, tövsiyə edib ki, ailə qurularkən yalnız ailə qurmaq haqqında deyil, gələcək övladların sağlamlığı haqqında da düşünülməlidir.
URL / WWW
http://kelam.az/article/a-2491.html