Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatlar dərc edilib
07.12.10 02:17

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 11-ci sayında qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatları dərc edib. TQDK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, bu nəşrin əsas məqsədi istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübəsinin öyrənilməsi, təbliği, digər tərəfdən isə yeniyetmələrin təhsilə daha da həvəsləndirilməsidir. Yüksək bal toplamış gənclər arasında respublikanın əksər regionlarının, əhalinin bütün sosial təbəqələrinin təmsilçiləri vardır. Bu il respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 1384 abituriyent 600-dən yuxarı bal toplayıb, onlardan 7 nəfər maksimal nəticə (700bal) əldə edib. Ən yüksək nəticə göstərmiş 102 gəncə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident təqaüdü təyin edilib. Prezident təqaüdçülərinin 23 nəfəri Prezident yanında Dövlət İdarəçilik Akademiyası, 25 nəfəri Azərbaycan Tibb Universiteti, 15 nəfəri Bakı Dövlət Universiteti, 25 nəfəri “Qafqaz” Universiteti, 7 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının, 3 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinin, 1 nəfəri Azərbaycan Milli Aviasiya Akademiyasının, 1 nəfəri Moskva Dövlət Universitetinin Bakı filialının, 2 nəfəri isə xüsusi təyinatlı təhsil müəssisələrinin tələbələridir.
URL / WWW
http://kelam.az/article/a-2490.html