Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » ADU-da qadın yazarların nəsr və poeziya toplusunun təqdimat mərasimi keçirilib
07.12.10 02:17

Azərbaycan Dillər Universitetində (ADU) “Buta” müasir Azərbaycan, Türkiyə və ABŞ qadın yazarlarının nəsr və poeziya toplusunun təqdimat mərasimi keçirilib. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, təqdimat mərasimində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədr əvəzi Rəşad Həsənov bildirib ki, bu toplunun ərsəyə gəlməsində təmsil olunduğu qurumun keçirdiyi seminarların böyük rolu olub. O, toplunun elektron versiyasının da oxucuların ixtiyarına verildiyini açıqlayıb. Qadın yazarların əsərlərinin bir topluda çap edilməsini əlamətdar hadisə hesab edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid toplunun əhəmiyyətindən bəhs edib. Sonra toplunun redaktorları və layihənin gerçəkləşməsində əməyi olan Şəhla Nağıyeva və Elison Məndəvillə birbaşa internet-əlaqə yaradılıb. Onlar gənc və perspektivli qadın yazıçılarla birgə iş görməkdən məmnun olduqlarını bildiriblər. Ş.Nağıyeva qeyd edib ki, toplu ADU-nun, eyni zamanda digər ali məktəblərin Tərcümə və Filologiya fakültələrində əyani vəsait kimi istifadə olunacaq. ADU İnformasiya Resurs Kompleksinin rəhbəri Şəhla Xudiyeva Azərbaycanın dünyaya tanıdılması, eləcə də digər ədəbiyyat incilərinin ingilis və başqa xarici dillərdə yayılmasının böyük hadisə olduğunu qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-2487.html