Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Türkdilli ölkələrin Jurnalistlərinin Mediya Kulubu yaradılacaq
07.12.10 02:15

Azərbaycan Parlament Jurnalistlər Birliyi (PJB) Türkiyə Qazetəcilər Federsiyası (TQF) ilə birgə Türkdilli ölkələrin Jurnalistlərinin Mediya Kulubunu yaradır. Kulub bütün türkdilli ölkələrin jurnalistləri üçün nəzərdə tutulub. Bu barədə məlumatı KƏLAMİNFO-ya PJB-in sədri Elşad Eyvazlı verib. Onun sözlərinə görə, artıq bu ideyaya Türkiyə dəstək verib, Azərbaycan dövlətinin də dəstək verəcəyi gözlənilir. “Bu kulubun yaradılmasında məqsəd odur ki, Tükdilli ölkələrin jurnalistlərinin ciddi bir şəbəkəsi yaradılsın və kulub işlək bir qurum kimi fəaliyyət göstərsin. Yəni, bura daxil olan ölkələrin jurnalistləri daim bir-biriləri ilə təmasda olsunlar. İstər qarşlıqlı səfərlərin şəklində, istərsə də yazı mübadiləsi şəklində. Bu şəbəkəyə qəzetlərlə yanaşı, agentliklər, xəbər saytları və s. daxildir”,-deyə E.Eyvazlı vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2486.html